Ötən il Azərbaycanda 22 provayder uçota alınaraq, ümumilikdə qeydiyyata alınan operator və provayderlərin sayı 191-ə çatdırılıb...
Poliqon xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Eyni zamanda, 22 operator və provayderin qeydiyyatı ləğv edilib və bu sahədə hazırda 169 operator, provayder və host provayder fəaliyyət göstərir.
Nazirliyin tabeli müəssisələri tərəfindən innovasiyaların tətbiqi, layihələrin həyata keçirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə hesabat dövründə sektor üzrə 87,6 mln. manat investisiya qoyuluşu təmin edilmişdir və bu investisiya layihələri çərçivəsində televiziya və radio yayımının keyfiyyətinin yaxşılaşdırılması üçün 106 ədəd verici quraşdırılıb.
Poliqon.info