AZ

Azərbaycanda orta illik inflyasiya 6%-ə yaxın artıb

Bakı. Trend:

2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilinfevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları,alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qidaməhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərüzrə 5,7 faiz artıb.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədəorta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkiledib.

2026-cı ilin fevral ayında qida məhsulları, alkoqollu içkilər vətütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünənisbətən 7,0 faiz artıb.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qidaməhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd,xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan vəqarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar,qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof,təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər,şirələr, alkoqollu içkilər bahalaşmış, qoyun əti, yumurta,portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qidaməhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlakqiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-fevral aylarındaisə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artıb. Fevralayında əvvəlki ayla müqayisədə əsasən sement, keramik plitələr,mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlikməmulatları bahalaşmış, qış geyimləri, divar kağızları, plastikborular, kəsilmiş taxta isə ucuzlaşıb. Digər qeyri-qidaməhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz,yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən5,7 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyəgöstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana,bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digərölkələrə sərnişindaşıma xidmətləri bahalaşmış, hava nəqliyyatı iləMDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isəucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddidəyişikliklər baş verməyib.

Seçilən
12
8
az.trend.az

9Mənbələr