AZ

Azərbaycanda bərpa olunan enerji üzrə stansiyaların sayı açıqlanıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda 2025-ci ildə ölkə üzrə bərpa olunan enerji məmbələri (BOEM) stansiyalarının gücü ümumi elektrik enerjisi istehsal gücünün 18,8%-ni təşkil etməklə, 1 829,5 MVt səviyyəsində olub.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabata əsasən, qeyd olunan BOEM üzrə istehsal güclərini ümumi gücü 1 443,5 MVt olan 65 su elektrik stansiyası, 63,5 MVt olan 5 külək elektrik stansiyası, 278,2 MVt olan 9 günəş elektrik stansiyası, 37 MVt gücündə 1 bioenerji elektrik stansiyası və 7,3 MVt gücündə 3 ədəd hibrid elektrik stansiyası təmin edib.

Bildirilir ki, hesabat dövründə BOEM elektrik stansiyaları üzrə istehsal həcmi 991,6 mln. kVts olmaqla, bunun da 169,7 mln. kVts-ı külək, 599,8 mln. kVts-ı günəş, qalan 222,1 mln. kVts-ı isə bioenerji mənbələrinin payına düşmüşüb.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə elektroenergetika sahəsində yeni texnologiyaların müşayiəti ilə infrastrukturun təkmilləşdirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, habelə daha çox yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər davam etdirilib, ölkənin enerji sisteminə yeni generasiya gücləri daxil edilib. Hesabat dövründ öklə üzrə enerji istehsalı 28 657,5 mln. kVts təşkil edib, istehlak həcmi isə 24 698,5 mln. kVts-a yüksəllib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
apa.az

2Mənbələr