ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimə FHN-in Gəncə Regional Mərkəzi və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstərib” və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.