Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sumqayıt maşın bazarında durğunluq müşahidə olunur. Əvvəl adam əlindən yer olmayan bu bazarda indi sakitcilikdir.
Bəs buna səbəb nədir?
Milli.Az xəbər verir ki, satıcılar həmçinin bildiriblər ki, qiymətlər də bahalaşıb:
"Əvvəl 13 minə olan maşın indi 15 mindir. Qiymətlər 2000-3000 manat bahalaşıb".
Oxşar vəziyyət Tovuzda da müşahidə olunur. Qiymətlərin baha olmasına görə alıcılar demək olar ki, bazara gəlmirlər.
Məsələ ilə bağlı avtomobil satışı ilə bağlı Sərxan Qədirov bildirib ki, ikinci əl bazarında durğunluq müşahidə olunsa da yaza doğru canlanma olacaq:
"Əvvəlki dövrə nisbətən bu avtomobillərə tələb artıb. Yanvardan sonra Çin avtomobillərinə tələb azalıb".
Ekspert onu da qeyd edib ki, yaxın aylarda avtomobil qiymətlərində artımın olması da istisna edilmir. Bahalaşma ikinci əl avtomobillərlə yanaşı yeni modellərdə də özünü göstərəcək.
Aysel
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.