Cənubi Qafqazın aparıcı metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (BSC) beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Qlobal polad sənayesində artan proteksionist tədbirlərə baxmayaraq, şirkət ABŞ və Avropa İttifaqı (Aİ) bazarlarında uğurla fəaliyyət göstərir.
Ötən il BSC-nin ixrac etdiyi polad məhsullarının ümumi həcmi 61 min tonu keçib. İxrac portfelinə armatur, tikişsiz borular və ferroərintilər daxildir.
ABŞ və Aİ bazarlarına ixrac göstəriciləri:
Şirkətin ixrac sahəsindəki uğurları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tədbirdə qeyd edilib. BSC ölkənin qeyri-neft ixracının inkişafına verdiyi töhfəyə görə “Özəl sektor üzrə fəal ixracatçı” sertifikatı ilə mükafatlandırılıb.
“İxrac fəaliyyətinin genişləndirilməsi Baku Steel Company-nin uzunmüddətli strategiyasında mühüm yer tutur. ABŞ və Avropa İttifaqına ixracın artması məhsullarımızın keyfiyyətinin və rəqabət qabiliyyətinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir”, – Baş direktorun müavini Sultan Əskərov qeyd etmişdir.
BSC, həmçinin daha yüksək əlavə dəyərə malik məhsulların istehsalını artırır və ixrac coğrafiyasını tədricən genişləndirir.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC – Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olmaqla, tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.
Ətraflı məlumat üçün: www.bakusteel.com