AZ

SEPAH hakimiyyəti ƏLƏ KEÇİRDİ- Müctəba Xamenei ÖLƏRSƏ…

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Ajans.az-a açıqlama verib.  O bildirib ki, artıq bir neçə səsvermədən sonra mərhum Xameneinin oğlu Müctəba Xamenei İranın Ali dini lideri seçilib. Lakin İran xalqının və ABŞ-nin məqsədlərindən bəlli olur ki, yeni liderdən narazılıq şüarları çoxalır.  Əziz Əlibəyli deyib ki, kimin lider seçilməsi önəmli sayılmır. Nəticə odur ki, SEPAH hakimiyyəti tamam ələ keçirib. Digər siyasi qüvvələr də ondan asılı vəziyyətə düşüb. Müctəba Xamenei ölərsə, onsuz rəhbər olacaq namizədlər çoxdur. Hətta bu şəxs  “ Ayətullah”lardan da  seçilə bilər.  İranda rəhbər seçilən əsas şəxsin dövləti və xalqı birləşdirmə qabiliyyəti olmalıdır. Lakin İran xalqının dəstəyi ilə hakimiyyətə gələn şəxslərə aid edilmir. Əsas iş siyasi, hərbi və dini qüvvələri özündə birləşdirməyi bacarmaqdır. 

Ekspert qeyd edib ki, bu tip şəxslər “Ayətullah”lar arasında daha çox yer alır. Onlar arasında ayətullah Cavadi Amoli və digərləri yer alır.

Seçilən
21
3
Ajans.az

4Mənbələr