AZ

Azərbaycanda virtual kartların sayı 24 % artıb

2025-ci ildə virtual kartların sayı 24,6% artaraq 2,3 mln. ədədə çatıb. 

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Dövriyyədə olan ödəniş kartlarının 10,7%-ni məhz virtual kartlar təşkil edib.

2025-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2024-cü il ilə müqayisədə 19,3% artaraq 146,7 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 25,6% artaraq 99,1 mlrd. manat olub.

 

Seçilən
11
1
fed.az

5Mənbələr