AZ

Tərtərdə doğuş zamanı ana öldü, körpə xilas edildi

TƏRTƏR, 13 mart. TELEQRAF

Tərtərdə doğuş zamanı ana ölüb, körpə xilas edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Tərtər rayonunun Hacıqərvənd kənd sakini 2007-ci il Allahverdiyeva Roya doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada qəfil səhhəti pisləşən qadın vəfatedib.

Yeni doğulmuş oğlan uşağının həyatı xilas edilib.

Seçilən
34
teleqraf.com

1Mənbələr