Hesabatda 2024-cü ilin baharından etibarən Gürcüstanda baş verən hadisələr ətraflı təhlil edilib və ölkədə demokratik prinsiplərdən uzaqlaşma faktı təsdiqlənib. 24 ölkə Gürcüstan hökumətini "Moskva mexanizmi"nin tövsiyələrini tam yerinə yetirməyə və hesabatın nəticələrini konstruktiv dialoq üçün əsas kimi qəbul etməyə çağırıb.
Bəyanat müəllifləri rəsmi Tiflisin məruzəçinin ölkəyə səfərinə şərait yaratmasını və yüksək səviyyəli görüşlər təşkil etməsini müsbət addım kimi qiymətləndiriblər.
Beynəlxalq birlik Gürcüstan hökumətini islahatlar yoluna qayıtmağa və demokratik institutları qorumağa səsləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31