AZ

Azərbaycanın sığorta sektoru ötən il 4 % böyüyüb

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il yanvarın 1-nə Azərbaycanın sığorta sektoru 2 milyard 135 milyon manatlıq aktivlərə malik olub.

"Cebheinfo.az" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 4 % çoxdur.

Ötən il sığorta sektorunda könüllü növlərin payı üstünlük təşkil edib. Belə ki, sığorta haqlarının 76 %-i (1 milyard 135 milyon manat) könüllü, 24 %-i (366 milyon manat) isə icbari sığorta növlərinin payına düşüb. Əvvəlki illə müqayisədə könüllü sığorta növləri üzrə isə 13 % (128 milyon manat), icbari sığorta növləri üzrə isə 7 % (24 milyon manat) artım olub.

Eyni zamanda sığorta haqlarının 57 %-ni (853 milyon manat) həyat, 43 %-ni (652 milyon manat) qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib. İllik müqayisədə həyat sığorta növləri üzrə 16 % (119 milyon manat), qeyri-həyat sığorta növləri üzrə isə 5 % (33 milyon manat) artım olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
cebheinfo.az

3Mənbələr