AZ

Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır

kıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plana əsasən 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. Bu isə 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

    Nəzərə çatdırılıb ki, 2023-cü ildə Bakı şəhərində 6443 (481,6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933,6 min m2), 2025-ci ildə isə 9711 mənzilin (870,8 min m2) istismarına icazə verilib. Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir. Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1745,47 min m², 2024-cü il üzrə 1632,37 min m², 2025-ci il üzrə isa 1760,99 min m² təşkil edib.

    Seçilən
    46
    13
    banco.az

    10Mənbələr