AZ

Azərbaycandakı sənaye zonalarında ötən il 103 müəssisə istehsala başlayıb

2025-ci ildə Azərbaycanda 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərib ki, burada 179 rezident və qeyri rezident qeydiyyatdan keçib, 103 müəssisə istehsal fəaliyyətinə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

"Ötən il sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,2 milyard manat dəyərində məhsul ixrac edilib", - deyə o qeyd edib.

"Cebheinfo.az"

Seçilən
5
3
cebheinfo.az

4Mənbələr