AZ

Azərbaycan və Türkiyənin turizm sənayesi arasında əməkdaşlıq gücləndirilir » AzadMedia.az


Martın 12-də İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisinin “Absheron Hotel Group” ilə əməkdaşlığı çərçivəsində Türkiyənin turizm sənayesi nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

Tədbirdə Azərbaycanın turizm imkanlarını əks etdirən təqdimat nümayiş olunub. İştirakçılara Azərbaycanın işgüzar tədbirlər üçün mövcud infrastrukturu, eləcə də beynəlxalq əhəmiyyətli konfrans və tədbirlərin keçirilməsi üzrə potensialı barədə ətraflı məlumat verilib.

İftar süfrəsi ilə davam edən görüşdə turizm sənayesi nümayəndələri ilə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, cari ilin fevral ayında Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 2025-ci ilin eyni ayı ilə müqayisədə 11% artaraq 34 829 nəfər təşkil edib. Ümumilikdə yanvar-fevral ayları ərzində Türkiyədən səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 71 365 nəfərə çatıb.
Seçilən
0
4
azadmedia.az

5Mənbələr