Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-dan 19-dək Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, o, Parlamentlərarası İttifaqın 152-ci sessiyasına qatılacaq.
Nümayəndə heyətinə Milli Məclisin Xarici İşlər Daimi Komitəsinin sədri Sarqis Xandanyan da daxildir.
Telegram kanalımız