AZ

Azərbaycanın valyuta ehtiyatları 91 milyard dollara çatıb

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edib. "Olaylar" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
Baş nazir xatırladıb ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və yaxud 20 % artaraq 85 milyard ABŞ dolları keçib: "Bu, ÜDM-dən 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfəyə qədər üstələyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
5
olaylar.az

6Mənbələr