AZ

Bakıda qaydaları pozan Ferrari sürücüsü SAXLANILIB VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda qaydaları kobud şəkildə pozaraq avtobus zolağı ilə hərəkət edən "Ferrari" markalı avtomobilin sürücüsü saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsindən məlumat verilib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

"Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, "Ferrari" markalı avtomobilin şəhərin mərkəzi prospektlərindən birində qaydaları kobud şəkildə pozması sosial şəbəkədə müzakirə mövzusu olmuşdu.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
oxu.az

1Mənbələr