Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın Avropanı bölmək istədiyini bildirib və Vaşinqtonun Aİ-ni sevmədiyini iddia edib.
Məlumatı RİA Novosti verib.
“Düşünürəm ki, ABŞ-ın Avropanı bölmək istədiyini hər kəsin açıq şəkildə bilməsi vacibdir. Onlar Avropa İttifaqını sevmirlər”, - deyə o, Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Kallas əlavə edib ki, ABŞ Aİ-nin əleyhdarları tərəfindən istifadə edilən taktikalardan istifadə edir.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Ağ Ev Avropanı öz müdafiəsi üçün məsuliyyət daşımağa çağıran yeni ABŞ milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə bildirilir ki, Ağ Ev Ukraynadakı münaqişə ilə bağlı qeyri-real gözləntiləri olan Avropa rəsmiləri ilə razılaşmır.
P.ƏMİRCANOV
XQ