AZ

Hacıqabulda Kommunal Təsərrüfatı İdarəsinin maddi texniki bazası gücləndirilir FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Hacıqabul Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfatı İdarəsinə məişət tullantılarının daşınması üçün yeni avtomobil verilib.Demokrat.az xəbər verir ki, yeni texnikanın təqdim olunması rayonun kommunal xidmətlərinin keyfiyyətinin artırılmasına və tullantıların daha operativ şəkildə daşınmasına şərait yaradacaq.Qeyd olunur ki, Hacıqabul rayonunda Kommunal Təsərrüfatı İdarəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə kommunal xidmətlərdə istifadə olunan texnika və avadanlıqların müasir modellərlə yenilənməsi həyata keçirilir.Bununla yanaşı, rayon ərazisində tullantıların idarə olunması, təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi istiqamətində ekoloji yönümlü layihələr də icra olunur.Görülən tədbirlərin rayon sakinlərinin kommunal xidmətlərdən daha keyfiyyətli istifadə etməsinə, həmçinin Hacıqabul rayonunda müasir və dayanıqlı idarəçilik modelinin formalaşmasına töhfə verəcəyi bildirilir.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
demokrat.az

1Mənbələr