AZ

2025-ci ildə azad edilən ərazilərə 15 781 nəfərdən ibarət 3 893 ailə köçürülüb

Bakı. Trend:

2025-ci ci ildə ilkin mərhələdə salınması nəzərdə tutulmuşyaşayış məntəqələri (Ağdam, Ağdərə, Füzuli, Xocavənd, Xocalı, Şuşa,Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcər rayonları) üzrərespublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış55,6 min nəfərdən ibarət 17,8 minməcburi köçkün ailəsi arasında geri dönüşə dair sorğular həyatakeçirilib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, hesabat dövrü ərzində Şərqi Zəngəzur və Qarabağiqtisadi rayonlarında yenidən qurulmuş və ya bərpa edilmiş yaşayışməntəqələrinə 3 893 ailənin (15781 nəfər) köçürülməsi təmin edilib.

Bundan əlavə, dövlət ehtiyaclarının qarşılanması və digəryaranmış zərurətlərlə əlaqədar, eləcə də şəxsi müraciətlər əsasında477 ailə (1 765 nəfər)Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininbalansında olan mövcud qəsəbə və yaşayış komplekslərində üzrsüzsəbəblərdən yaşayış olmayan və ya işğaldan azad olunmuş ərazilərəköçlə bağlı təhvil alınmış evler hesabına yaşayış sahəsi ilə təminedilib.

2025-ci il ərzində işğaldan azad olunmuş ərazilərə köçürülmüşsakinlər də daxil olmaqla cəmi 4 370 məcburiköçkün ailəsi (17 546 nəfər) mənzillə (evlə) təminolunub.

Seçilən
14
az.trend.az

1Mənbələr