AZ

Ötən il Azərbaycanda 19500 yanğın olub, 53 nəfər xilas edilib

2025-ci il ərzində respublikada 19500, o cümlədən Bakı şəhərində 5600, işğaldan azad olunmuş ərazilərdə isə 499 yanğın hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hər gün orta hesabla 53 yanğın hadisəsi baş verib.

Yanğınların söndürülməsi zamanı ümumilikdə 82 dövlət obyekti, 391 özəl obyekt, 351 çoxmənzilli bina, 534 fərdi ev, 471 yardımçı tikili, 612 ədəd müxtəlif təyinatli texnika mühafizə olunub, 53 nəfərin həyatı təhlükədən xilas edilib.

Yanğınların söndürülməsi zamanı 768 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Seçilən
24
1
apa.az

2Mənbələr