“Rostex” mütəxəssisləri gözləmə rejimində havada qala bilən uzun mənzilli dron hazırlayıblar.
Herbiand.az dövlət korporasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, yeni pilotsuz uçan aparat düşmən xətlərinin arxasındakı hərbi hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Kamikadze dron daxili yanma mühərriki ilə təchiz olunub və yüzlərlə kilometr məsafədə tapşırıqlar yerinə yetirməyə qadirdir. Bundan əlavə, onun yüksək sürəti və manevr qabiliyyəti düşmən hava hücumundan müdafiə zonalarını keçmək və yüksək hədəf dəqiqliyini təmin etmək üçün müxtəlif uçuş profillərindən istifadə etməyə imkan verir.
Mətbuat xidmətindən bildirilib ki, cihaz müxtəlif elektron müharibə sistemlərinin müdaxiləsinə qarşı yüksək immunitetlə hazırlanıb. Dronla etibarlı rabitə kanalı onun bütün əməliyyat diapazonunda idarə olunmasına imkan verir.
Bəxtiyar CƏFƏRLİ