AZ

Zəngəzur dəhlizi üzrə yolun yaxın zamanlarda başa çatdırılması gözlənilir

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Zəngəzur dəhlizi üzrə Ermənistan sərhədinə gedən dəmir və avtomobil yolunun yaxın zamanlarda başa çatdırılması gözlənilir.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

Sənədə əsasən, Naxçıvan Respublikasının ərazisindəki dəmir yollarının bərpası istiqamətində işlərə başlanılıb.

Zəngəzur dəhlizi üzrə işlər tam başa çatdıqdan sonra onun yükdaşıma qabiliyyətinin 15 milyon tona çatacağı gözlənilir.

Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
5
unikal.az

6Mənbələr