AZ

Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsi hazırlanacaq

Bakı.Trend

Ölkədə turizmlə bağlı investisiya imkanlarının təbliği məqsədiləDövlət Turizm Agentliyi tərəfindən Turizm İnvestisiya Kataloqununhazırlanması işləri aparılır. Kataloqda Xızı-Xaçmaz Turizm vəRekreasiya Zonasına daxil olan Xızı, Siyəzən, Xaçmaz və Şabranrayonlarında müxtəlif turizm layihələrinin təşviqi nəzərdətutulub.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, həmçinin təbii və mədəni turizmpotensialından istifadə etməklə turizmin inkişafının təmin olunmasıməqsədilə Xaçmaz rayonunun Turizm İnkişaf Konsepsiyasıhazırlanıb.

Eyni zamanda, bölgələrdə turizm cəlbediciliyinin daha daartırılması istiqamətində "Azərbaycan Respublikasının 2022-2026-cıillərdə sosial-iqtisadi inkişaf strategiyası"nın müvafiq bəndinəəsasən, Agentlik tərəfindən "Turistik kand layihəsi icra olunur.Layihə çərçivəsində turizm potensialı yüksək olan Qubanın Qrız,Lerikin Bibiyanı, İsmayıllının İvanovka, Qəbələnin Duruca, QusarınLaza, Qaxın İlisu və Sarıbaş kəndləri seçilib. Layihənin məqsədi bukəndlərdə dayanıqlı turizmin inkişafı, yerli icmaların iqtisadiaktivliyinin artırılması və müasir turizm infrastrukturununyaradılmasıdır. Hazırda Laza, İlisu və Sarıbaş kəndlərində,infrastrukturun layihələndirilməsi yekunlaşdırılıb. Laza kəndindətikinti işlərinə başlanılma mərhələsindədir. Digər dörd kənd üzrəlayihələndirmə prosesi davam edir.

Ölkəmizin turizm potensialı nəzərə alınaraq AZPROMO tərəfindənbir sıra rayon və şəhərdə turizm üçün investisiyaya cəlbedici olanlayihələr hazırlanaraq xarici investorlara təqdim ediləninvestisiya kataloquna əlavə edilib.

Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsininhazırlanması 2027-ci il üçün nəzərdə tutulub.

Seçilən
5
az.trend.az

1Mənbələr