AZ

Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın bölgələrindən birində sahibsiz küçə itlərinin toplanması ilə bağlı iddialar gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan məlumatlara görə, Oğuzun müxtəlif ərazilərində sahibsiz itlər xüsusi qruplar tərəfindən toplanaraq avtomobillərlə naməlum istiqamətə aparılır. Bu barədə yerli sakinlər məlumat veriblər.

Bu meyvələrdən UZAQ DURUN! – Qorxunc xəstəliklərə səbəb olur

Sakinlərin sözlərinə görə, küçə itləri əsasən yaşayış məntəqələrində və məhəllələrdə toplanılır. Lakin heyvanların hara aparıldığı və onların sonrakı taleyi ilə bağlı rəsmi açıqlama verilmədiyi bildirilir.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar toplanan heyvanların aqibəti ilə bağlı aidiyyəti qurumların şəffaf məlumat verməsini və prosesin hansı qaydada həyata keçirildiyinin açıqlanmasını tələb edirlər.

Qeyd edək ki, son vaxtlar ölkənin müxtəlif bölgələrində sahibsiz heyvanların toplanması ilə bağlı məsələlər ictimai müzakirə mövzularından birinə çevrilib. 

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
avtosfer.az

1Mənbələr