AZ

“Biz yalnız İran xalqına bu şəraiti yarada bilərik” Netanyahu

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“İranın köhnə liderini məhv etdik və İslam İnqilabı Keşikçiləri Korpusunun kuklası olan yeni lider Müctəba ictimaiyyət qarşısına çıxa bilməz”.

Gununsesi.info  xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“30 ildən çox əvvəl demişdim ki, İsrailə təhlükə ərəb ölkələrindən deyil, İrandan gəlir. İran xalqına deyirəm: küçələrə çıxa biləcəyiniz an yaxındır. Biz sizinləyik, sizi dəstəkləyirik, amma hər şey sizin əlinizdədir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, müharibənin məqsədi İranın nüvə və raket proqramlarına ölümcül zərbə vurmaq və İran xalqının rejimini devirməsi üçün optimal şərait yaratmaqdır: “Bu o demək deyil ki, biz buna zəmanət verə bilərik. Biz yalnız İran xalqının hərəkətə keçməli olduğu şəraiti yarada bilərik”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

4Mənbələr