AZ

Səfir: Çin Azərbaycanla münasibətləri strateji prizmada inkişaf etdirməkdə qərarlıdır

"Ötən il Çin və Azərbaycan liderlərinin iki dəfə görüşməsi, həmçinin hərtərəfli strateji tərəfdaşlıq barədə qəbul edilən birgə bəyanat ikitərəfli bağları keyfiyyətcə yeni inkişaf müstəviyə daşıyıb".

Teleqraf xəbər verir ki, bunu Çinin ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbəri Lu Mey keçirdiyi mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, cari ilin yanvarında Pekində xarici işlər nazirləri səviyyəsində aparılan müzakirələr bu müsbət dinamikanın davamıdır: “Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Çin tərəfi Azərbaycanla münasibətləri strateji prizmadan inkişaf etdirməkdə qərarlıdır”.

Səfir "Bir kəmər, bir yol" layihəsi çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin hər iki xalqın rifahına xidmət etdiyini vurğulayıb.

Bundan əlavə, Lu Mey rəsmi Bakının "vahid Çin" prinsipini dəstəkləməsini və qlobal təşəbbüslərə verdiyi töhfələri yüksək qiymətləndirib.

O qeyd edib ki, növbəti il diplomatik əlaqələrin 35 illiyi ərəfəsində ticarət, investisiya, nəqliyyat, elm və turizm sahələrində əməkdaşlıq daha da intensivləşəcək.

Seçilən
19
teleqraf.com

1Mənbələr