AZ

Mikayıl Cabbarov: İstənilən qayda qaydasızlıqdan daha yaxşıdır

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Keçmiş Sovet İttifaqı məkanında - yəni Mərkəzi Asiyanın bütün ölkələri və Cənubi Qafqaz ölkələrinin daxil olduğu regionda - müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, 35 ildən sonra region sülhə, sabitliyə və sərhədlərin açılmasına nail olub. Bu proses Ermənistan və Azərbaycan arasında hazırda davam edən yekun normallaşma mərhələsi sayəsində mümkün olub".

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunda "Çin və qlobal idarəetmə təşəbbüsü" mövzusunda keçirilən panel müzakirədə deyib.

Nazir qeyd edib ki, birgə siyasətin əsas elementi kimi Orta Dəhliz ön plana çıxır:

"Bu təşəbbüs Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid məkan kimi birləşdirir. Bu, təkcə Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında malların tranziti və ticarət üçün deyil, eyni zamanda, regionun iqtisadi, ticari və investisiya inteqrasiyası üçün də mühüm vasitədir.

Coğrafi və geosiyasi kontekstə baxdıqda, xüsusilə də bu günlərdə baş verən hadisələr fonunda, bu iki məqamın bir-biri ilə qovuşduğunu görürük. Regionda baş verənlər göstərir ki, mövcud beynəlxalq nizam transformasiya xarakterli ciddi çağırışlarla üz-üzədir. Bu baxımdan, Azərbaycanın mövqeyi belə ifadə oluna bilər: istənilən qayda qaydasızlıqdan daha yaxşıdır".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
oxu.az

1Mənbələr