AZ

Laçında 7 000 nəfərə tibbi xidmət göstərilib FOTO

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində bir il ərzində 7000-ə yaxın pasiyentə tibbi xidmət göstərilib.

“Cebheinfo.az” xəbər verir ki, tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə, şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Son dövrlərdə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən yeniliklərdən biri də Laçın Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Belə ki, 2025-ci ilin mart ayında fəaliyyətə başlayan Təcili tibbi yardım şöbəsinə 6 998 müraciət daxil olub, eləcə də 12 898 sayda müxtəlif tibbi xidmətlər göstərilib.

Laçın Rayon Mərkəzi Xəstəxanasında bir il ərzində Təcili tibbi yardım şöbəsi fasiləsiz fəaliyyət göstərərək əhaliyə operativ və keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib. 

Hazırda şöbədə 5 nəfər həkim, 6 nəfər orta tibb işçisi olmaqla ümumilikdə 22 nəfər əməkdaş fəaliyyət göstərir.

Qeyd edək ki, şöbədə ilkin tibbi müayinə, triaj, ürək-ağciyər reanimasiyası (CPR), süni tənəffüs və oksigen terapiyası, şok vəziyyətlərinin aradan qaldırılması, qəzalar, travmalar, qanaxmalar və xəsarətlər zamanı ilkin tibbi yardım, yanıq, sınıq və çıxıqların ilkin müalicəsi və s. kimi tibbi xidmətlər göstərilir.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
cebheinfo.az

3Mənbələr