AZ

Avropa çempionatında yunan Roma güləşçilərinin mübarizəsi başlayır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Zrenyanin, 13 mart, AZƏRTAC

Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

Fərid Sadıqlı (55 kiloqram), İlkin Qurbanov (63 kiloqram), Rəvan Nuriyev (77 kiloqram) və Ayxan Mərdanov (130 kiloqram) mübarizəyə təsnifat, Səid Axundzadə (87 kiloqram) isə 1/8 final mərhələsindan başlayacaq.

Bu gün, həmçinin qadın güləşçi Ruzanna Məmmədova (62 kiloqram) finalda rusiyalı Amina Tandelova ilə münasibətlərini aydınlaşdıracaq.

Qeyd edək ki, Azərbaycan turnirdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Müxbir: Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
2
azertag.az

3Mənbələr