O qeyd edib ki, mövcud münaqişənin nə qədər davam edəcəyini qiymətləndirmək çətindir. Draqonenin sözlərinə görə, hadisələrin gedişi ABŞ və İsrailin döyüş meydanında əldə olunan nəticələri necə qiymətləndirəcəyindən asılı olacaq. O vurğulayıb ki, NATO hərbi əməliyyatlarda iştirak etmədiyi üçün alyans həmin vəziyyət barədə ABŞ və İsrail qədər geniş təhlil imkanlarına malik deyil.
Admiral həmçinin bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi son dərəcə çətin, lakin mümkün olan bir vəzifə olaraq qalır.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte də alyansın ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatında iştirak etmək planlarının "qətiyyən olmadığını" bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31