AZ

Sumqayıtda partlayış -Yaralılar var

Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.

Redaktor.az  "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.

Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
23
redaktor.az

10Mənbələr