AZ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Sumqayıt" "Şamaxı"ya qarşı

Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürəcək.

Hit.az Qol.az-a istinadən xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb (2:1, 2:0).

Həmçinin bu gün "Şamaxı" "Sumqayıt"ın qonağı olacaq. Oyun saat 20:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə "gənclik şəhəri" təmsilçisi üstün olub - 2:1.

13 mart (cümə)

18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” 
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14 mart (şənbə)

15:00. “İmişli” – “Sabah” 

19:15. “Zirə” - “Qarabağ”

15 mart (bazar)

15:00. “Kəpəz” – “Turan Tovuz”

18:00. “Qəbələ” – “Neftçi”

Seçilən
61
3
hit.az

10Mənbələr