AZ

İrana məxsus dron Dubayda maliyyə mərkəzinə zərbə endirib

 Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) yaxınlığında pilotsuz uçuş aparatı (PUA) partlayıb.

Qaziler.az bildirir ki, bu barədə Yerli Sabereen News nəşrinin məlumatında deyilir.

 

Nəşrin dərc etdiyi görüntülərdə partlayışdan sonra şəhər üzərində qalın tüstü buludunun qalxdığı görünür.

"Dubayda partlayış səsləri və yüksələn tüstü buludları", -nəşr yazıb.

 

Media xəbərlərinə görə, partlayan dronun İran ordusuna məxsus olduğu iddia edilir.

 

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İran neft anbarlarına hücumlarına cavab olaraq Fucairah neft bölgəsinə, Birləşmiş Ərəb Əmirliklərindəki Şarja sənaye zonasına və Küveytdəki Amerika bazasına zərbələr endirib.

QAZİLER.AZ

Seçilən
41
qaziler.az

1Mənbələr