AZ

Səudiyyə Ərəbistanında 50-ə yaxın İran dronu zərərsizləşdirilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin havahücumlarından müdafiə qüvvələrinin krallığın şərq və mərkəziəyalətlərinə doğru irəliləyən daha 10 dronu zərərsizləşdirdiyinibildirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bir neçə saat ərzində Səudiyyənin hava məkanındavurulmuş İran dronlarının ümumi sayı 50-ə yaxınlaşıb. Yerlimedianın yazdığına görə, son hücumda pilotsuz uçuş aparatlarınınmiqdarı əvvəlki hücum dalğalarına nisbətən daha çox olub

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
36
13
az.trend.az

10Mənbələr