AZ

Rubio Çinin sanksiyası altında Pekinə gedəcək

Çinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın yaxın həftələrdə gözlənilən Çin səfərində iştirak edəcək.

Musavat.com xəbər verir ki, məlumatı "South China Morning Post" (SCMP) mənbələrə istinadən yayıb.

Nəşrin məlumatına görə, Rubio rəsmən Pekinə dəvət olunub. Qəzet həmçinin qeyd edir ki, ənənəvi olaraq Çinə qarşı sərt mövqe tutan Dövlət Katibi "əvvəllər Pekindən gələn dəvətlərə az maraq göstərib".

Xatırladaq ki, 2020-ci ildə Çin ABŞ-ın bir neçə Çin rəsmisinə viza və maliyyə məhdudiyyətləri tətbiq etməsinə cavab olaraq, hələ Dövlət Katibi olmayan Rubio da daxil olmaqla, dörd ABŞ qanunvericisinə sanksiyalar tətbiq etmişdi.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr