ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
İsrail təcili yardım xidməti Magen David Adom (Davidin Qırmızı Ulduzu) İrandan yeni raket hücumunda 32-si yüngül olmaqla 33 nəfərin yaralandığını bildirib.
Bizimyol.info xəbər verir ki, bəyanatda qeyd olunur ki, İsrailin şimalındakı Zarzir şəhərində yalnız 35 yaşlı bir qadın kürəyindən qəlpələrdən orta dərəcəli xəsarət alıb.
Media xəbərlərinə görə, İrandan atılan raketlərdən sonra İsrailin şimalında sirenlər səslənib və səmada partlayışlar eşidilib.
İsrail mediası İranın qisas əməliyyatı nəticəsində bəzi evlərin zərər gördüyünü bildirib.
İsrail ordusu yarım saat ərzində İrandan ölkənin şimalına iki ayrı intensiv raket hücumu edildiyini açıqlayıb və ictimaiyyətdən sığınacaq axtarmağı xahiş edib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.