AZ

Putin qonşu ölkədə BUNU ETMƏYƏ HAZIRLAŞIR

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ölkədə siyasi gərginliyin yenidən artmasına səbəb olub. Seçkilərə təxminən üç ay qalmasına baxmayaraq, hakimiyyət və müxalifət arasında siyasi mübarizə artıq açıq qarşıdurma mərhələsinə keçmək üzrədir. Bu vəziyyət həm daxili siyasi balans, həm də regiondakı proseslər fonunda xüsusi diqqət çəkir.

Ermənistanda siyasi gərginliyin əsas səbəblərindən biri ölkədə hakimiyyətə olan etimadın müəyyən dərəcədə zəifləməsidir. Xüsusilə, son illər regionda baş verən hadisələr və təhlükəsizlik məsələləri hakimiyyətə qarşı tənqidi mövqeləri artırıb.

KONKRET.az xəbər verir ki, mövzu barədə Oxu24.com-a açıqlama verən politoloq Oqtay Qasımov Ermənistanda siyasi mübarizənin kifayət qədər ciddi xaraktet aldığını qeyd edib:

“Nəzərə alsaq ki, parlament seçkilərinə 3 aydan az bir vaxt qalıb və bütün qüvvələr öz güclərini səfərbər edərək uğur qazanmağa çalışırlar. Ermənistandakı bu seçkilər həm də kənar müdaxilələrin olacağı seçkilər hesab edilir. Rusiya Paşinyan hakimiyyətini devirmək üçün öz tərəfdarlarına ciddi dəstək verəcək. Hazırda Ermənistandakı revanşist qüvvələrin bir araya toplanması ilə bağlı addımlar atılır. Bu baxımdan Paşinyan və onun komandasının əsas vəzifəsi hakimiyyəti qorumaq, digərlərinin marağı və məqsədi isə hakimiyyəti devirməkdir. Rusiya Moldova varinatında olduğu kimi bu qüvvələrə ciddi dəstək verməyə çalışacaq”.

Politoloqun sözlərinə görə, sorğulardan görünür ki, Paşinyanın və onun partiyasının reytinqi digərlərindən üstün olsa da, hazırkı vəziyyətdə bu nəticələr birpartiyalı hökumət formalaşdırmaq üçün konstutision çoxluğa gətirib çıxaracaq üstünlük deyil:

“Ona görə də Paşinyan seçkilərə qədər müddətdə cəmiyyətdə daha çox dəstək almağa çalışacaq ki, hakimiyyətini qorusun və daha sonra planlaşdırılan addımları ata bilsin. Bu baxımdan qarşıdakı üç ayda Ermənistanda vəziyyətin gərgin xarakter alacağını görəcəyik”.

Seçilən
18
1
konkret.az

2Mənbələr