AZ

Yaponiya Trampın Qızıl Günbəz proqramına qoşulur

Yaponiyanın Baş naziri Sanae Takaiçi martın 19-da ABŞ-a səfəri zamanı Tokionun Vaşinqton tərəfindən təşviq edilən "Qızıl Günbəz" raketdən müdafiə sistemində iştirakını elan edə bilər.

Musavat.com xəbər verir ki, məlumatı "Yomiuri" qəzeti hökumət mənbələrinə istinadən yayıb.

"Yomiuri" qeyd edir ki, kosmik tutma sistemləri ABŞ-ın materik hissəsini qorumaq üçün planlaşdırılır və Yaponiya da bu birgə sistemdən öz milli təhlükəsizliyini təmin etmək üçün istifadə etmək niyyətindədir. Təşəbbüs 2029-cu ilin yanvar ayına qədər fəaliyyətə başlayacaq.

Bundan əlavə, Tokio və Vaşinqton hipersəsli sürüşmə vasitələrini və dronları tutmaq üçün nəzərdə tutulduğu bildirilən GPI tutma raketlərini birgə hazırlayır və potensial hədəfləri aşkarlamaq və izləmək üçün peyk şəbəkəsi yaradırlar. 

Musavat.com

 

Seçilən
32
musavat.com

1Mənbələr