AZ

Venesuela və Kolumbiya prezidentlərinin görüşü səbəbsiz ləğv edilib

BAKI, 13 mart. TELEQRAF

Venesuela və Kolumbiya prezidentləri arasında planlaşdırılan görüş gözlənilmədən ləğv olunub.

Teleqraf xəbər verir ki, "Reuters"in məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ilə Kolumbiya prezidenti Qustavo Petro arasında keçirilməsi nəzərdə tutulan görüş “fors-major halları” səbəbi ilə təxirə salınıb, lakin bu barədə ətraflı izahat verilməyib.

Məlumata görə, bu görüş Rodrigezin yanvarda hakimiyyətə gəldikdən sonra xarici ölkə lideri ilə ilk üzbəüz görüşü olmalı idi.

İki ölkənin yaydığı birgə bəyanatda bildirilib ki, tərəflər görüşün ləğvinə baxmayaraq qarşılıqlı etimadın gücləndirilməsi, əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi niyyətindədirlər.

Xəbərdə qeyd olunur ki, görüşdən əvvəl Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trump ilə telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər Kolumbiya-Venesuela sərhədində iqtisadi vəziyyət və enerji məsələlərini müzakirə ediblər.

Tərəflərin bildirdiyinə görə, ləğv edilən görüşün yaxın vaxtlarda yenidən keçirilməsi planlaşdırılır.

Seçilən
69
teleqraf.com

1Mənbələr