AZ

"Fənərbağça"dan GEDİR

"Fənərbağça"da kifayət qədər oyun şansı qazanmayan Fredin gələcəyi ilə bağlı qərar verilib.

Bizijm.Media xəbər verir ki, “RTI Esporte”nin məlumatına görə, İstanbul klubu braziliyalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.
 

N’Qolo Kante və Matteo Qenduzinin transferindən sonra əsas heyətdəki yerini itirən 33 yaşlı futbolçu ilə Braziliyanın “Atletiko Mineiro” klubu maraqlanır. "Fənərbağça" 2027-ci ilə qədər müqaviləsi olan Fred üçün təxminən 12 milyon avro qazanmağı planlaşdırır.


Məlumata görə, futbolçu əvvəllər Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etsə də, Braziliyaya qayıtmaq variantına müsbət yanaşır.

Qeyd edək ki, Fred 2023-cü ilin yayında "Mançester Yunayted"dən "Fənərbağça"ya transfer olunub.

Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr