AZ

“Müctəba Xameneiyə həyat sığortası verməzdim”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu müharibənin başlanğıcından bəri ilk dəfə mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, İranın yeni Ali Lideri Müctəba Xameneini öldürməklə bağlı dolayı təhdid səsləndirib.

İsrail lideri təxminən iki həftəlik bombardmandan sonra İranın “artıq əvvəlki kimi olmadığını” və Tehranın elit İnqilab Keşikçiləri Korpusuna və “Bəsic” paramilitar qüvvələrinə zərbələr endirildiyini söyləyib.

O, İranın dəstəklədiyi qruplaşmanın martın 2-də İranın Ali Lideri Əli Xameneinin öldürülməsinin qisasını almaq üçün İsrailə atəş açmasından sonra ölkəsinin “Hizbullah”a zərbələr endirməyə davam edəcəyini deyib.

Netanyahu İsrailin Ayətullah Müctəba Xamenei və “Hizbullah” rəhbəri Naim Qasıma qarşı hansı tədbirlər görə biləcəyi ilə bağlı sualı da cavablandırıb:

“Mən terror təşkilatının heç bir liderinə həyat sığortası verməzdim... Burada nə planlaşdırdığımız və ya nə edəcəyimiz barədə dəqiq bir hesabat vermək niyyətində deyiləm”.

O bildirib ki, İrana hücumun məqsədi Tehranın nüvə və ballistik raket proqramlarının yaratdığı təhlükəni aradan qaldırmaqdır. Baş nazir həmçinin iranlıları ayağa qalxmağa təşviq etməklə hökumətin çökməsinə səbəb olmaq istədiyini bildirib.

“Gördüyümüz tədbirləri ətraflı izah etməyəcəyəm. Rejimi devirmək üçün optimal şərait yaradırıq, amma inkar etməyəcəyəm ki, sizə İran xalqının rejimi devirəcəyini tam əminliklə deyə bilmərəm – rejim daxildən devrilir”, - Netanyahu deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
qafqazinfo.az

2Mənbələr