AZ

Skott Bessent: Rusiya sanksiyaların yumşaldılmasından qazanmayacaq

Skott Bessent: Rusiya sanksiyaların yumşaldılmasından qazanmayacaq

Rusiya martın 12-dək gəmilərə yüklənmiş Rusiya neftinin satışına tətbiq edilən sanksiyaların müvəqqəti yumşaldılmasından əhəmiyyətli qazanc əldə etməyəcək.

AFN.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

"Bu nöqtəvi və qısamüddətli tədbir yalnız hazırda yolda olan neftə şamil edilir və Rusiya hökumətinə əhəmiyyətli maliyyə mənfəəti təmin etməyəcək", — deyə nazir "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. Onun fikrincə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində neft qiymətlərində yaranan artım qısamüddətli xarakter daşıyacaq.

Bessent həmçinin qeyd edib ki, Rusiya enerji gəlirlərinin əsas hissəsini hasilat nöqtəsində tutulan vergilərdən əldə edir, bu lisenziya isə yalnız logistik tıxacda qalan həcmlərin bazara daxil olmasına imkan yaradır.

Seçilən
72
afn.az

1Mənbələr