AZ

Polşa prezidenti Aİ-nin qanun layihəsinə veto qoydu

Polşa Prezidenti Karol Navrotski ölkəsinin Aİ-nin SAFE hərbi kredit proqramında iştirakı ilə bağlı qanun layihəsinə veto qoyub.

"Ölkə.az" xəbər verir ki, bu barədə TVP Info məlumat yayıb.

Polşa prezidenti bildirib ki, "Mən heç vaxt suverenliyimizə, müstəqilliyimizə, iqtisadi və hərbi təhlükəsizliyimizə hücum edən qanunu imzalamayacağam".

Navrotski qeyd edib ki, belə bir kredit gələcək polyak nəsilləri üçün bir yükə çevriləcək.

Ötən ilin noyabr ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen silah istehsalını artırmaq üçün nəzərdə tutulmuş Avropa Təhlükəsizlik proqramının bir hissəsi olan Avropa Təhlükəsizlik Fondunun yaradıldığını elan edib . Finlandiya milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mema buna cavab olaraq Avropanın yenidən silahlanma siyasətinə son qoymalı olduğunu, çünki bunun nəticədə nüvə müharibəsinə səbəb olacağını bildirib.

Elvin

Ölkə.az

Seçilən
123
3
olke.az

4Mənbələr