AZ

Almaniya yenotların kütləvi öldürülməsinə görə mükafat tətbiq edə bilər

Almaniya yenotların kütləvi şəkildə öldürülməsinə görə mükafat tətbiq etməyi təklif edib.

APA xəbər verir ki, bu barədə Baden-Vürtemberq əyalət parlamentinin üzvü Sara Şvayzer Almaniyada Bild qəzetinə müsahibəsi zamanı danışıb.

O, il boyu yenot ovuna icazə verməyi və onların öldürülməsinə görə pul mükafatı müəyyən etməyi etməyi təklif edib.

"İl boyu ov məhdudiyyətləri ləğv olunsun. Almaniyada gecə görmə cihazlarından istifadəyə icazə verilsin və öldürülən yenotlara görə mükafatlar tətbiq edilsin", - o deyib.

Deputat öz mövqeyini əsaslandıraraq bildirib ki, son illərdə Almaniyada yenotlar çoxalıb və onlar invaziv növ kimi digər heyvanların və quşların yaşaması üçün təhlükə yaradır.

Seçilən
35
1
apa.az

2Mənbələr