AZ

Serbiya 2041-ci ilə qədər böyük AES tikməyi planlaşdırır

BAKI, 13 mart. TELEQRAF

Serbiya prezidenti Aleksandar Vuçiç ölkənin 2041-ci ilə qədər böyük atom elektrik stansiyası tikməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Vuçiç bu barədə Serbiyanın Radio və Televiziyasının efirində danışıb.

“Biz atom elektrik stansiyası tikməliyik və onu 2041-ci ildə istifadəyə verməliyik”, - deyə dövlət başçısı bildirib.

Vuçiç əlavə edib ki, bu məsələ ilə bağlı Fransanın enerji şirkəti EDF nümayəndələri ilə görüş keçirməyi planlaşdırır.

Bundan əvvəl Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cededoviç-Handanoviç ölkədə ilk atom elektrik stansiyasının tikintisinə 2035-ci ildə başlanmasının planlaşdırıldığını bildirmişdi.

Seçilən
70
teleqraf.com

1Mənbələr