AZ

Burada dörd komandaya 70 manatlıq cərimə kəsildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

Seçilən
22
3
sportinfo.az

8Mənbələr