AZ

Serbiya NATO-ya daxil olmayacaq və hərbi neytrallığını QORUYACAQ

Serbiya NATO-ya qoşulmayacaq və neytrallığını qorumaq niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

Serbiya lideri ölkənin Radio və Televiziyasının efirində çıxışı zamanı dövlətin hərbi-siyasi kursu ilə bağlı mühüm bəyanat verib.

O bildirib ki, Serbiya Şimali Atlantika Alyansına (NATO) üzv olmayacaq və özünün neytrallıq statusunu saxlamaq niyyətindədir.

Vuçiç vurğulayıb ki, Serbiya öz müstəqilliyini və hərbi balansını qorumaq üçün neytrallıq siyasətinə sadiq qalacaq.

Prezidentin bu açıqlaması Belqradın beynəlxalq hərbi bloklara qoşulmaqdan imtina etdiyini bir daha təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
124
interpress.az

1Mənbələr