AZ

ABŞ-da sinaqoqa terror hücumu olub - YENİLƏNİB

ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum edən şəxs ölüb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İlkin məlumata görə, hücum edən şəxs təhlükəsizlik işçilərinin maşına atəş açmasından sonra avtomobilinin binaya çırpılması zamanı ölüb.

Avtomobilə baxış keçirilən zaman həmin şəxsin üzərində tüfəng olduğu məlum olub.

***

Miçiqan ştat polisi sinaqoqda atışma baş verdiyini bildirib.

Hakimiyyet.az xəbər verir ki, Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel FTB əməkdaşlarının artıq hadisə yerinə gəldiyini bildirib.

Naməlum hücumçunun sinaqoqa girərək atəş açdığı iddia edilir.

Seçilən
65
hakimiyyet.az

1Mənbələr