Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Redaktor.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Təmsilçimiz finalda belaruslu Marta Hetmanavaya 2:1 hesabıyla qalib gələrək Avropa çempionu titulunu qazanıb.